ASDP sədri Araz Əlizadə mətbuata açıqlamasında Azərbaycanda prezident seçkiləri uğrunda İlham Əliyevlə mübarizə aparacaq gücdə siyasətçi olmadığını bildirib. Bununla bağlı Moderator.az saytının sualını cavablandıran VİP sədri Əli Əliyev A.Əlizadənin bu qənaəti ilə razılaşmadığını qeyd etdi: “Mən bu qənaəti bölüşmürsən. Hesab edirəm ki, Azərbaycanda prezidentlik postu uğrunda mübarizə aparmaq gücündə olan insanlar var. Əgər ədalətli seçki olarsa, qanunvericilik təkmilləşərsə, ölkədə azadlıqlar bərqərar olarsa, şəffaf, azad seçkilərə şərait yaradılarsa, o zaman bu insanlar nəyə qadir olduqlarını göstərə bilərlər. Müxalifətdə kifayət qədər insan var ki, bu hakimiyyətin istənilən namizədi ilə mübarizə aparmaq potensialına malikdir”.
Seymur Əliyev