ABU-nun sabiq
rektoru Elşad Abdullayev Milli Şurada təmsil olunmaq niyyətindədir. Bu barədə ictimaiyyətə KXCP
sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Bəs görəsən bu mübahisəli personanın
Milli Şuraya üzv olmasına cəmiyyətin münasibəti necə olar ?
red;mso-ansi-language:AZ-LATIN">Moderator.az-ın sualını cavablandıran tanınmış vəkil Aslan İsmayılov keçmiş
rektorun qurumda təmsil olunmasına münasibəti mənfi oldu: “Milli Şurada təmsil
olunan şəxslər bu qurumun mövqeyini ən öndə tutmalıdırlar. Mən inanmıram
ki, E. Abdullayevin Milli Şuraya üzv olması bu təşkilata nüfuz gətirsin.
Elşad Abdullayev vaxtı ilə ABU-nun rektoru olan zaman minlərlə gəncin həyatını
məhv edib. Mən Abdullayevi yaydığı videolardan sonra müdafiə etmişəm
çünki, onun qardaşı oğurlanıb, hüquqları pozulub. Lakin bu o demək deyil ki, o
Milli Şurada təmsil olunmalıdır. Sırf iqtidarın rəqibi olduğuna görə
kimisə ora qəbul etmək düzgün deyil. Bu gün Milli şurada təmsil olunan insanlar
cəmiyyət tərəfindən müsbət qarşılanır. E.Abdullayev kimi mübahisəli bir
şəxsin bu qurumda təmsil olunması isə inanmıram ki, cəmiyyətdə müsbət
qarşılana”.
Xəyal