Bizi sosial şəbəkələrdən izləyin:
Bu günlərdə Azərbaycan-Fransız Universitetinin yeni binasını ziyarət etdim. Universitetə dəyərli dostum, xalqımızın parlaq aydınlarından hörmətli Dr. Vazeh Əsgərov rəhbərlik edir. Ali məktəbin binası 2017-ci ilin dekabr ayında istifadəyə verilib.
Binanın təmir və dizaynı insanı yormur. İlkin görünüş ali təhsil ocaq haqqında fikirlərin formalaşdırır. Əsas odur ki, binanın içində nələr baş verir? Baş verənlərdən məmnun qalmamaq mümkün deyil. Ali məktəbdə yaradılan şərait və tələbələrin intellektual səviyyəsi şəxsən məni heyran etdi. Yüksək səviyyəli təşkilatçılıq məktəbdə olan ab-hava tələbələrin ovqatlarında da hiss olunurdu. Təhsil olacağında dostluq, mehribançılıq mühiti hakimdir. Ali məktəbin direktoru Vazeh müəllim məni ali məktəblə yaxından tanış etmək üçün bir-bir otaqları gəzdirdi.
Avropa standartlarına cavab verən laboratoriya yaradılıb. Sankı özümü Fransanın nüfuzlu ali məktəbində hiss edirdim. Tələbələrin inkişafı üçün hər cür imkan və şərait yaradılıb. Tələbələr kitabxanalarda vaxt keçirirlər və öz üzərlərində çalışırlar. Vazeh müəllim tələbələrin səviyyəsindən çox razıdır. Onların gələcəyinə böyük ümidlər bəslədiyini qeyd etdi.
Fransada erməni lobbisinin güclü olduğunu nəzərə alsaq, belə bir məktəbin fəaliyyət göstərməsi hava-su kimi lazımdır. Sabah buranı bitirən tələbələr ölkəmizin texnoloji inkişafına öz töhfələrini verəcəklər. Bu gün təhsil ocağı iki ölkə arasında əlaqələrin inkişafında rol oynayır.
Elnur Eltürk
P.S. Qeyd edim ki, Vazeh müəllim bu yaxınlarda Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel tərəfindən Azərbaycan-Fransa dostluq əlaqələrinin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Fransa Parlamentinin medalı ilə təltif olunub.