““Cənub Qaz Dəhlizi” bizi Türkiyə və Rusiya ilə üz-üzə qoyur...”- Siyasi analitik
Siyasət
6513
11 Jul 2017 | 19:56

““Cənub Qaz Dəhlizi” bizi Türkiyə və Rusiya ilə üz-üzə qoyur...”- Siyasi analitik

Moderator.az-ın əməkdaşı tanınmış siyasi analitik, BDU-nun müəllimi Tahir Cəfərli ilə Rusiya və ABŞ liderlərinin iki saatlıq söhbəti, D.Trampın yalnız Amerikanın maraqlarına yönəlmiş proteksionist siyasəti və bu siyasət prizmasında Azərbaycan prezidentinin Dövlət katibi R.Tillersonla son görüşündə müzakirə olunmuş “Cənub Qaz Dəhlizi” layihəsinin perspektivlərini təhlil etməyə çalışıb...

- Tahir müəllim, ötən söhbətlərimizdə  Rusiya prezidenti V.Putin və ABŞ prezidenti D.Trampın apardıqları  xarici siyasət barədə xeyli məlumat vermişdiniz. Bu iki dünya liderinin iki saatlıq  görüşündən sonra D.Trampın Rusiyaya, Qafqaza yönəlik siyasəti barədə hansısa yeni nəticələrə gəldinizmi? 
- Ümimilikdə həmin görüşün heç bir ciddi nəticəsi ola bilməz. Çünki bu,  iki dövlət başçısının rəsmi görüşü deyildi. Ruslar buna diplomatiyada “vizit vejlivosti”, yəni  “nəzakət səfəri” deyirlər. ABŞ və Rusiya sanki bir- biri ilə toqquşmağa dogru gedən gəmidir. Onların kurslarını dəyişmək o saat mümkün deyildir. Əgər kurs dəyişilərsə,  gəmilər geniş dairə edib bir-birinə yanaşmalıdırlar... Bu görüşdə Putin və Tramp onları bir-biri ilə toqquşmağa aparan məsələləri ortaya çıxartdılar, ancaq həlli yollarının necə olacağı haqda  hər hansı bir fikir yürütmədilər. Hələlik yaxşısı odur ki, Suriyada atəşkəsə nail oldular. Ancaq yenə də qeyd edirik, Tramp çox aktiv və qətiyyətli siyasətçidir, ONUN TUTDUÄžU YOL SIRF AMERİKA MARAQALARINA UYÄžUNDURSA, PUTİNLƏ ONUN DOSTLUÄžU QEYRİ-MÜMKÜNDÜR.   Bunu deyənlər hansı dostlugu nəzərdə tuturlar? Trampın yeni sanksiyalara qol atmasıni? Yoxsa Suriya və yaxın Şərqdə aktivləşməsini? ABŞ-ın sıxılmış qazının Avropaya satılması  elə Rusiyaya qarşı yönəldilmiş ən ciddi siyasətdir. Heç vaxt ABŞ Rusiyaya dost ola bilməz... 
Bir şeyə diqqət edin. Putin-Tramp görüşündən sonra “SNN” telekanalı Trampa qarşı düşmən olsa da, daha ona qarşı getmədi, əksinə, onu təriflədi. Deməli,  bu görüşün arxasında geniş ictimaiyyətə açıqlanmayan gizli məqamlar dürür...

- Yeri gəlmişkən, bu günlərdə Türkiyədə Azərbaycan prezidenti İlham Əliyevlə  görüşü zamanı ABŞ-ın Dövlət katibi  Reks Tillerson  “Cənub Qaz Dəhlizi” layihəsinin  həyata keçirilməsində  ölkəmizə dəstək verəcəyini bir daha ifadə edib. Trampın yeni ptoteksionist siyasəti  prizmasından yanaşdıqda bu haqda nə demək olar?

- Aydındır ki, bu məsələdə ABŞ iqtisadi maraq gözləmir, əksinə, siyasi maraqlarından çıxış edir. “Cənub Dəhlizi”ni dəstəkləmək, o demək deyil ki, ABŞ Azərbaycanı istəyir, xalqımıza canı yanır. Əksinə, bununla Ağ Ev bizi Türkiyə və Rusiya ilə üzbəüz  qoyur. Çünki “Cənub Dəhlizi” Rusiya və Türkiyənin planlaşdırdığı qaz kəmərinə alternativdir, onlarla rəqabətə girməkdir. ABŞ özü isə Avropaya öz sıxılmış qazını satmaq istəyir. Rusiya-Türkiyə qaz kəməri Rusiya rəhbərliyinin Ukraynanı diz çökdürmək üçün qurduğu geosiyasi oyundur. Buna qarşı getmək Rusiyanı özümüzə daha da düşmən etmək deməkdir. Eyni zamanda bu, Azərbaycanı qaz satışında Türkiyəyə də rəqib olmağa aparır...
ABŞ hər iki kəmərin işləməsini istəmir, istədiyi odur ki, Rusiyanın bütün planlarını pozsun. Azərbaycan bu saat nə Rusiya, nə də Türkiyəyə qarşı yönəldilmiş siyasətlərə qoşulmalıdır. Əksinə, Rusiya və Türkiyə, eyni ilə İran arasında qeosiyasi körpü rolunu oynamalıdır. Bizim bədbəxtliyimiz ondadır ki, hər deyilən sözə inanırıq, ancaq onun arxasında nə durduğunu düşünmək istəmirik. Siyasətdə heç bir ölkə heç bir ölkəyə heç nədən  nəsə etmir. Biz  iri dövlətlərin atdığı hər addımın səbəbləri barədə düşünməliyik. Yalnız o zaman doğru nəticə çıxara bilərik...
- Demişdiniz ki, Tramp proteksionist siyasət yürüdür. Mümkünsə, oxucularımız üçün bunun mahiyyətini  bir az geniş şəkildə açıqlayardınız... 

- Proteksionizm ”“  digər ölkələrin maraqlarını nəzərə almadan ölkənin  daxili iqtisadi maraqlarının ödənməsinə yönəlmiş bir siyasətdir. ABŞ-ın 45-ci prezidenti isə ondan əvvəlkilərdən fərqli olaraq, bu ölkənin ənənəvi siyasətinə qayıtmaq istəyən yeni liderdir. Ciddi iqtisadi və siyasi biliklərə malik olan Donlad Tramp, eyni zamanda, qətiyyətli bir lider kimi özünü göstərir və bütün siyasətini ABŞ-ın dövlət maraqları üzərində qurur. Amerikanın iqtisadi maraqlarını qorumaq üçün Trampın atdığı addımlar ölkəsindən başqa bütün ölkələrin zərərinədir. Odur ki, 45-ci Prezidentə təzyiq edən qüvvələrin arxasında təkcə demokratlar deyil, Avropa, Kanada və Latın Amerikası ölkələri siyasətçiləri də durur. Çünki Tramp dağılmış ABŞ iqtisadiyyatını bərpa etməklə yenidən iqtisadi liderliyi ələ keçirtmək istəyir. Bu nöqteyi-nəzərdən Trampın ABŞ istehsalçılarını müdafiə etməsi, xarici mallara gömrük rüsumunu qaldırması, boşalmış şəhərləri diriltməsi, yüksək texnologiyanı öz ölkəsində tətbiq etməsi və bununla bağlı bütün əngəlləri aradan qaldırması onu göstərir ki, tezliklə ABŞ-da yeni iqtisadi sıçrayış olacaq. 

Tramp öncəki bir necə prezidentdən fərqli olaraq ölkənin malik oldugu ehtiyat və potensialın səviyyəsini yaxşı bilir və çox asanlıqla ABŞ iqtisadiyyatını qaldırmağın yollarını göstərir. Fikir verin, vergi siyasətinə, yaxud Trampın xaricdə olan ABŞ iş adamlarını geri çağırması, onlar üçün ölkədə yeni zavod və fabrik açmaq üçün hər bir şərait yaratmasına. Bu, ölkənin başqa ölkələrlə inteqrativ əlaqələrini və asılılığını aradan qaldırır. Ölkəsinin iqtisadi gücünü artırmaq üçün D.Tram qətiyyətlə proteksionizmi özünə siyasi xətt kimi götürüb və bunun qısa müddətdə nəticəsini görəcəyik...  
Söylədiyimiz kimi, 45-ci Prezident 70-ci illərə qayıtmaq, ABŞ-ı qüdrətli, heç bir ölkədən asılı olmayan ölkə görmək istəyir. Ağlı başında olan ABŞ analitikləri SSRİ-nin dağılma səbəbini 15 respublika arasında inteqrativ iqtisadi əlaqələrin pozulmasında görür və liberalların ölkəni SSRİ-nin gününə salacaqlarından danışırlar. Əgər ABŞ-da çap olunan analitik jurnalları və məqalələri oxusanız, görərsiniz ki, bu saat ABŞ iqtisadiyyatının dünya ölkələri ilə mövcud inteqrativ iqtisadi əlaqələr pozulsa, ABŞ lüt qalar və çökər. Sadə bir misal çəkək, “Ayfon” firması smartfonları Cənubi Koreyadan gələn detallar əsasında yığır, özü detalları hazırlamır. Yəni, əgər Cənubu Koreya-ABŞ əlaqələri pozulsa, ABŞ-ın elektronika sənayesi çökər. Bu təkcə “Ayfon”a deyil, demək olar ki,  Amerikanın bütün firma və konsernlərinə aiddir... 
- Belə çıxır ki, D.Trampın proteksionizmə qayıtması ABŞ iqtisadiyyatının başqa ölkələrdən asılılığını aradan qaldırmaq məqsədi güdür? 

- Elədir. Tez dəyişən dünyada(fikir verin Çinin son dövrdəki sıçrayışına) heç bir ölkədən asılı olmamaq siyasəti D.Trampı ABŞ-n xilaskarına çevirəcək ...  
ABŞ nəyə görə Avropaya qarşı sıxılmış qaz layihəsini ortalığa atıb? Britaniyanın Avropa İttifaqından uzaqlaşdırılmaq cəhdinin arxasında nə dayanır? Tramp hansı yolla Avropanı ABŞ-dan tam asılı vəziyyətə salmaq istəyir?

Bu və digər suallara cavab tapmaq üçün  Moderator.az-ı izləyin.

Sultan Laçın
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər