“Bu əslində bizim üçün bir təhlükəli tələdir...”
4615
17 May 2016 | 14:20

“Bu əslində bizim üçün bir təhlükəli tələdir...”

Xəbər verdiyimiz kimi dünən Azərbaycan və Ermənistan prezidentləri Avstriyada növbəti görüşlərini keçirdilər.  Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndə heyətinin keçmiş rəhbəri Arif Məmmədov Moderator.az-a prezidentlərin görüşü barədə danışıb:

“Bu əslində bizim üçün bir təhlükəli tələdir. Bu razılıq status-kvonu möhkəmləndirir. Status-kvo isə bu gün Ermənistana lazımdır və təmas xəttində əlavə müşahidə monitorinq mexanizmlərinin yaradılması dəmekdir ki, biz hansısa hərbi əmeliyyat aparmaq istəsək, bütün günah bizim üzərimizə düşəcək. Bu gün bunu araşdırmaq mümkün deyil, amma mexanizm yaradılandan sonra hər bir atəş qeydə alınacaq. Əslində biz Qarabağ məsələsində həm hərbi, həm də diplomatik məğlubiyyətə uğramışıq və bütün məsuliyyət hakimiyyətin üzərindədir.”
Link kopyalandı!
Son xəbərlər