Siyasət
4744
08 Apr 2016 | 17:56

"Rusiya ilə münasibətləri yaxşı olmayan dövlətləri prosesə qoşmalıyıq"

“Rusiyanın Qarabağ münaqişəsinə təsir edə biləcək rıçaqları yetərincədir. Amma bunlara baxmayaraq biz elə bir siyasət aparmalıyıq ki, problemdən həll yolu Rusiyanın inhisarından çıxsın. Çünki Rusiya və Lavrovun ermənipərəst mövqeyi hamıya məlumdur”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, bunun üçün prosesə beynəlxalq güclər də qoşulmalıdır:

“Hesab edirəm ki,  prosesə beynəlxalq güclər də qoşulmalıdır. Xüsusən də Rusiya ilə münasibətləri yaxşı olmayan dövlətlər.  Rusiyanın Qarabağ münaqişəsində mövqeyinin güclü olması Ermənistanın xeyrinə işləyən amillərdən biridir. Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür. Rusiya müqavilələr əsaında Ermənistana silah satır, həttə bu silahları pulsuz ermənilərə verir. Ona görə də bizim bu məsələlərdə problemlərimiz daha çox ola bilər. Hesab edirəm ki, ölkə prezidentinin apardığı siyasətə uyğun olaraq bu məsələlər analiz olunacaq. Biz birtərəfli olaraq Rusiya yolunu tutmamalıyıq. Çünki bu yol Azərbaycan üçün yaxşı heç nə vəd etmir.”
Link kopyalandı!
Son xəbərlər