İncəsənət Universitetində elmi-praktiki konfrans keçiriləcək
1946
02 Mar 2016 | 16:54

İncəsənət Universitetində elmi-praktiki konfrans keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 4 mart xa02016-cı iltarixində “Şəhər vəTeatr”x9d mövzusunda Milli teatr gününə həsr olunan elmi-praktiki konfrans keçirəcək.xa0

Konfransın açılışı 4 mart 2016-cı il tarixində saat 10.00-da AMEA-nın Ədəbiyyat İnstitutunun elektron konfrans zalında olacaqxa0

Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, professor Ədalət Vəliyev və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açacaq.xa0

ADMİU-nun prorektoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin, Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının ədəbi hissə müdiri Niyaz İqlamovun, Gürcüstanın İliya adına Sənət Tədqiqatları İnsittutunun direktoru, professor Levan Xetaqurinin iştirakı ilə keçirilən xa0plenar iclasdan sonra elmi-praktiki konfrans “Teatr və şəhərin iqtisadi mənzərəsi”x9d və “Şəhərin kommunikativ şəbəkəsində teatr”x9d adlı iki seksiyada davam etdiriləcək. xa0

Moderator.az xəbər verir ki, konfransın “Teatr və şəhərin iqtisadi mənzərəsi”x9d seksiyasında YUÄž Dövlət Teatrının direktoru Tərlan Rəsulov “İnteraktiv teatr və şəhər”x9d, teatrın mətbuat katibi Könül Əliyeva-Cəfərova “Kiçik və orta şəhərlərdə teatr”x9d adlı məruzə ilə çıxış edəcək. Həmçinin teatrın ədəbi hissə müdiri Elçin Cəfərov konfransın “Şəhərin kommunikativ şəbəkəsində teatr”x9d seksiyasında “Müasir şəhər həyatında teatrın rolu: sosioloji analiz”x9d, teatrın aktrisası Natəvan Qeybani isə “Şəhər adamının teatral oyun məkanında təbii transformasiyası”x9d adlı məruzə ilə çıxış edəcək. xa0 xa0xa0

Rusiya və Gürcüstan teatrşünaslarının da qatılacağı konfransın məqsədi çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirmək, şəhər və teatr əlaqələrinin təhlilini vermək, məsələnin tarixi ənənəsini araşdırmaq, şəhərin infrastrukturunda teatrın tutduğu yeri və daşıdığı funksiyaları müasir gerçəkliyin etno-psixoloji parametrlərinə söykənərək çözmək, mövzunun kulturoloji, fəlsəfi və sosial aspektlərini şərh etməkdir.xa0

Konfransın hədəflədiyi ikinci məqsəd isə müasir Azərbaycan teatr düşüncəsinin hüdudlarını və perspektivdə mümkün inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.

Elmin Nuri
Link kopyalandı!
Son xəbərlər