“Erməni əsilli vətəndaşların inteqrasiyasında qətiyyətliyik” - Ceyhun Bayramov
501
01 Dec 2022 | 21:51

“Erməni əsilli vətəndaşların inteqrasiyasında qətiyyətliyik” - Ceyhun Bayramov

Azərbaycan post-münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını özünün siyasi, iqtisadi və sosial məkanına yenidən inteqrasiyasında qətiyyətlidir. 

Bizim.Media xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib. 

O, qeyd edib ki, Azərbaycan həmin ermənilərin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verir. 

“Azərbaycan Respublikasının konstituasiyası bu mənada möhkəm hüquqi çərçivə təmin edir. Ötən aylarda Azərbaycan hökumətinin rəsmiləri ilə yerli etnik erməni sakinlər arasında artırılmış dialoq və əlaqələr dəstəklənməli və dayanıqlı edilməldir” – deyə nazir vurğulayıb. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər