Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Binəli Yıldırımla görüşüb
Siyasət
1462
05 Nov 2026 | 22:45

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Binəli Yıldırımla görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Səfirimiz Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı nəzakət ziyarəti edib.

Görüş zamanı TDT çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi istiqamətində məsələlər müzakirə olunub" , - deyə paylaşımda bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər