Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib
Siyasət
1495
04 Nov 2026 | 20:34

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Noyabrın 4-də Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov məlumat paylaşıb.

Məlumata görə, iclasda iki ölkə arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər