Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
1386
03 Oct 2026 | 12:50

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər