Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq - FOTO
Siyasət
1429
03 Oct 2026 | 11:20

Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq - FOTO

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Moderator.az-ın məlumatına görə, bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabındakı paylaşımda qeyd olunub.

"Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətləri Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik!

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Türk Əsrini birlik və həmrəylik içində qururuq", - paylaşımda qeyd olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər