İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi
Siyasət
1381
03 Sep 2026 | 11:13

İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev San Marinonun Regent Kapitanları xanım Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Zati-aliləri,
 
San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
 
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər