Bakıda Estoniya səfirliyi açılacaq
1350
04 Aug 2026 | 16:50

Bakıda Estoniya səfirliyi açılacaq

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır", - XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.

İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər