Nazirdən Orta Dəhliz açıqlaması
Siyasət
1310
04 Aug 2026 | 14:20

Nazirdən Orta Dəhliz açıqlaması

"Azərbaycanla Ermənistan arasında sülh prosesində bizi növbəti inkişaf gözləyə bilər. TRIPP ABŞ və Ermənistan arasında layihə olsa da, Azərbaycan mütəmadi olaraq hər iki tərəfdən məlumat alır, çünki giriş-çıxış Azərbaycan ərazisindədir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Azərbaycan üzərinə düşən işləri sürətlə icra edir: “Dəmir və avtomobil yollarının çəkilməsi çox sürətlə aparılır. Naxçıvan ərazisində dəmiryolu xətlərinin yenilənməsinə başlanıb. Bütün işlər yekunlaşdıqdan sonra Orta Dəhlizin yeni ölçüsü aydın görünəcək. Bunun bütün coğrafiyaya ciddi töhfəsi olacaq. Növbəti mərhələlərdə ticarət genişlənə bilər. 60 min ton yük keçib. Əminəm ki, bu işlərin davamını görəcəyik”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər