Ceyhun Bayramov:
1318
04 Aug 2026 | 13:48

Ceyhun Bayramov: "ATƏT-in sədri ilə normallaşma prosesini müzakirə etdik"

"Bu gün biz Azərbaycan-İsveçrə münasibətlərini, İsveçrənin ATƏT sədrliyi məsələsini, eyni zamanda Azərbaycan-ATƏT münasibətlərini, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik".
 
Bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
 
Nazirin sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişafına xüsusi toxunulub.
 
"İki ölkə arasındakı siyasi məsləhətləşmələrin davamlı şəkildə aparılmasının vacibliyini vurğuladıq", - nazir qeyd edib. /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər