Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər daxili və xarici mediada yayılan məlumatlara görə, İsrail hökuməti və parlamentində (Knesset) 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüs geri çəkilib və məsələ Knessetin gündəliyindən çıxarılıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin tapşırığı əsasında hökumətin həyata keçirdiyi səmərəli diplomatik fəaliyyətin nəticəsi olan bu uğuru Türkiyənin Haber Global telekanalına açıqlamasında təsdiq edib.
Azərbaycan bu məsələdə siyasi prinsipiallıq nümayiş etdirərək İsrailə öz mövqeyini açıq şəkildə çatdırmaqla ilk növbədə qardaş Türkiyənin maraqlarını "qırmızı xətt" kimi müdafiə edib. Bu hadisə bir daha göstərdi ki, Bakı regionun mühüm geosiyasi aktoru kimi tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı etimad və strateji dialoq qurmaq imkanına malikdir.
Əli Hüseynli, Milli Məclisin deputatı