Azərbaycan-Əlcəzair Birgə Komissiyasının tərkibi təsdiqləndi
1330
08 Jul 2026 | 15:56

Azərbaycan-Əlcəzair Birgə Komissiyasının tərkibi təsdiqləndi

Azərbaycanla Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, iki ölkə arasında Birgə Komissiyanın Azərbaycantərəfindən aşağıdakı tərkibi belədir:
 
Komissiyanın həmsədri
 
Azərbaycan Respublikasının energetika naziri
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
 
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri
 
Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Komissiya Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Əlcəzair Xalq Demokratik Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
 
Link kopyalandı!
Son xəbərlər