İqtisadiyyat nazirinə yeni səlahiyyət verildi - SƏRƏNCAM
Siyasət
1366
08 Jul 2026 | 15:52

İqtisadiyyat nazirinə yeni səlahiyyət verildi - SƏRƏNCAM

Azərbaycan ilə Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib və komissiyanın həmsədri səviyyəsi nazir müavinindən nazir statusuna qaldırılıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
 
Sərəncamla komissiyanın adında və mətnində keçən “Çexiya” sözləri “Çex” sözü ilə əvəz olunub. Eyni zamanda komissiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat nazirinin müavini Anar Axundovun əvəzinə birbaşa Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi komissiyanın tərkibində və rəsmi adında edilən bu dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər