Omeqa-3 həqiqətən faydalıdır?
Sağlamlıq
156
14:26, Bu gün

Omeqa-3 həqiqətən faydalıdır?

Çinli alimlər omeqa-3 əlavələrinin beyin üçün faydası ilə bağlı şübhələr yaradan araşdırma aparıblar.
 
Tədqiqata görə, omeqa-3 qəbul edən yaşlı insanlarda yaddaş, diqqət və digər idrak funksiyalarının daha sürətli zəifləməsi müşahidə oluna bilər.
 
Araşdırma birbaşa olaraq əlavənin zərərli olduğunu sübut etmir. Tədqiqat müşahidə xarakterli olub və əsasən Avropada yaşayan pensiya yaşlı insanlar arasında aparılıb. Bununla belə, əldə olunan nəticələr omeqa-3-ün hər kəs üçün mütləq faydalı olması ilə bağlı geniş yayılmış fikirlərin yenidən qiymətləndirilməsinə səbəb olub.
 
Alimlər hesab edirlər ki, omeqa-3 əlavələri beyində neyron əlaqələrinin fəaliyyətinə təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər əlavələrin nəzarətsiz və həkim məsləhəti olmadan qəbuluna daha ehtiyatla yanaşmağı tövsiyə edirlər.(Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər