Acqarına qəhvə içənlərin nəzərinə: Rusiyalı qastroenteroloqdan gözlənilməz açıqlama
Sağlamlıq
263
08:30, Bu gün

Acqarına qəhvə içənlərin nəzərinə: Rusiyalı qastroenteroloqdan gözlənilməz açıqlama

Çox vaxt acqarına qəhvə içməyin mədə üçün təhlükəli olduğu deyilsə də, mütəxəssislər bu iddianın tam həqiqəti əks etdirmədiyini bildirirlər.

Moderator.az xəbər verir ki, rusiyalı qastroenteroloq Olqa Suxaryova öz "Telegram" kanalında bu mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, geniş yayılmış inancın əksinə olaraq, bu vərdiş mədənin selikli qişasının zədələnməsinə və ya qastritin yaranmasına səbəb olmur. Həkim vurğulayıb ki, qastritə əsasən aşağıdakı amillər yol açır:

- Alkoqollu içkilər və siqaret;

- "Helicobacter pylori" bakteriyası;

- Ağrıkəsici preparatların mütəmadi qəbulu.

Buna baxmayaraq, həkim qəhvənin bəzi insanlar üçün fərdi yan təsirlərinin olduğunu da qeyd edib. Onun sözlərinə görə, xüsusən acqarına qəhvə qəbulu zamanı aşağıdakı hallar baş verə bilər:

Həyəcan və narahatlıq: Bəzi insanlarda daxili gərginlik hissi artır;

Həzm problemləri: Qəhvə bəzi hallarda ishala səbəb ola bilir;

Mədə qıcqırması: Kofeinin ürək (kardial) sfinkterinə rahatladıcı təsir göstərməsi nəticəsində turşu geriyə qayıda və yanğı hissi yarada bilər. /Oxu.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər