Dərman qəbulunda ən böyük səhvlərdən biri açıqlandı
Sağlamlıq
288
08:27, Bu gün

Dərman qəbulunda ən böyük səhvlərdən biri açıqlandı

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək məsləhət görülmür. Çünki bu içkilər preparatların tərkibinə və təsirinə mənfi reaksiya verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "News.ru"ya cərrah Aleksandr Umnov danışıb.
 
Mütəxəssis qeyd edib ki, tam neytral xüsusiyyətə malik olduğu üçün dərmanların qəbulu zamanı ən ideal vasitə adi sudur.
 
Onun sözlərinə görə, su preparatların orqanizm tərəfindən mənimsənilməsinə mane olmur və onların xüsusiyyətlərini dəyişdirmir. Digər növ mayelər isə müxtəlif səviyyələrdə dərmanların təsirini dəyişə bilər. Məsələn, çayın tərkibindəki tanninlər yuxusuzluq və həddindən artıq oyanıqlıq yarada bilər. Qeyri-steroid iltihabəleyhinə preparatların qəhvə ilə qəbul edilməsi isə böyrəklərin toksik zədələnməsi riskini artırır.
 
A.Umnov bildirib ki, qazlı mineral sular da həblər üçün neytral hesab edilmir. Çünki onların tərkibindəki bəzi mikroelementlər dərmanlarla reaksiyaya girərək həm preparatın təsirini dəyişir, həm də mədə-bağırsaq traktında sorulma prosesini zəiflədir.
 
Cərrah əlavə edib ki, meyvə şirələri də eyni şəkildə dərmanların təsirinə və fermentlərin fəaliyyətinə təsir göstərir. Xüsusilə qreypfrut şirəsi qaraciyərdəki sitoxromların fəaliyyətini bloklayır və preparatların metabolizmasını pozur. Bu isə hətta ölümlə nəticələnə biləcək ciddi fəsadlara səbəb ola bilər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər