İnsult riskini artıran gündəlik vərdiş açıqlandı
Sağlamlıq
530
08:34, Bu gün

İnsult riskini artıran gündəlik vərdiş açıqlandı

Televizoru açıq qoyaraq yanında yatmaq ürək-damar sistemi üçün zərərlidir və insult riskini artıra bilər.
 
Bunu "Skandinaviya Sağlamlıq Mərkəzi"nin nevroloqu Tatyana Xrebtova bildirib.
 
Onun sözlərinə görə, yuxu zamanı parlaq və dəyişkən işıq beyinə təsir edir, sirkadiyan ritmləri pozur və yuxunun keyfiyyətini aşağı salır. Televizordan gələn səs isə mikroyuxudan oyanmalara səbəb olur, nəticədə beyin tam dincələ bilmir.
 
Mütəxəssis qeyd edib ki, davamlı keyfiyyətsiz yuxu qan təzyiqinin və qanda şəkərin artmasına, gizli iltihab proseslərinə gətirib çıxarır. Bu isə insult və digər ürək-damar xəstəlikləri riskini yüksəldir. Xüsusilə hipertoniya, diabet və artıq çəkisi olan şəxslər daha diqqətli olmalıdırlar. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər