"Xərçəngin inkişafının əsas təhrikçisi irsiyyət deyil, həyat tərzidir".
Moderator.az xəbər verir ki, bunu "Skandinaviya Sağlamlıq Mərkəzi"nin onqoloqu Sergey İvanov deyib.
O, hansı gündəlik vərdişlərin onkoloji xəstəlik riskini daha çox artırdığı barədə "Lenta.ru"ya danışıb.
Həkimin sözlərinə görə, xərçəngin inkişafında əsas faktorlar spirtli içkilər və tütün çəkməkdir:
"Tütünün tərkibində DNT-ni zədələyən və toxumaların xroniki zədələnməsini dəstəkləyən kanserogenlər var. Bədxassəli şişlərin yaranma riski siqaret çəkmə müddəti və tezliyi ilə mütənasib olaraq artır. Etil spirti isə öz növbəsində qaraciyər, qida borusu, ağız boşluğu və süd vəzi xərçənginin inkişafına səbəb ola bilər".
Mütəxəssis oturaq həyat tərzini də növbəti risk faktoru adlandırıb. O vurğulayıb ki, hərəkətsizlik və artıq çəki metabolik və hormonal dəyişikliklərlə, həmçinin xroniki iltihabla bağlıdır. Bu, şiş proseslərinin daha asan yarandığı mühit formalaşdırır.
Həkim qeyd edib ki, tütün, alkoqol və artıq çəki orqanizmə eyni vaxtda təsir etdikdə mənfi dəyişikliklərin ehtimalı daha da artır.
(publika)