Tez-tez başı ağrıyanlar OXUSUN – ŞOK FAKT üzə çıxdı
Sağlamlıq
294
11:06, Bu gün

Tez-tez başı ağrıyanlar OXUSUN – ŞOK FAKT üzə çıxdı

Türkiyədə aparılan tədqiqat miqrenin yalnız baş ağrısından ibarət olmadığını üzə çıxarıb. Araşdırmaya görə, miqren xəstələrinin beyni təkrarlanan vizual siqnalları filtrdən keçirə bilmir və bu siqnallar ağrı mexanizmləri ilə əlaqələndirilir.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Neyrologiya və Neyrotexnologiya Mükəmməlliyi Birgə Tətbiq və Araşdırma Mərkəzi (NÖROM) tərəfindən həyata keçirilən və Ankara Universitetinin tədqiqatçılarının da iştirak etdiyi araşdırma miqrenli şəxslərin vizual stimullara fərqli beyin reaksiyaları verdiyini sübut edib.

Araşdırma nəticələrinə əsasən, miqren xəstələrinin beyni təkrarlanan vizual stimullara “alışma” reaksiyası formalaşdıra bilmir. Sağlam beyində eyni stimul təkrarlandıqca ona verilən reaksiya tədricən zəifləyir. Lakin miqrenli insanlarda bunun əksi müşahidə olunur: beyin bu siqnalları əhəmiyyətsiz saymır və əksinə, reaksiyanı artıraraq onları davamlı şəkildə emal edir. Alimlərin fikrincə, bu vəziyyət vizual siqnalların birbaşa ağrı mexanizmləri ilə əlaqələndirilməsinə səbəb ola bilər.

Tədqiqat çərçivəsində 30-u miqren xəstəsi, 29-u isə sağlam olmaqla ümumilikdə 59 qadın iştirak edib. Maraqlıdır ki, miqren xəstələri eksperiment zamanı aktiv miqren tutması keçirmədikləri halda belə vizual stimullara fərqli reaksiyalar nümayiş etdiriblər. Bu da miqrenli beynin duyğu məlumatlarını emal etmə üsulunun fərqli olduğunu göstərir.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə bu reaksiyaların beynin arxa görmə mərkəzində deyil, ön hissəsində qeydə alınmasıdır. NÖROM-un direktoru, professor Hayrunnisa Bolay Belen bildirib ki, miqrenli beyində təkrarlanan stimullara reaksiya getdikcə artır və bu artım beynin “orbitofrontal korteks” adlanan, yüksək səviyyəli idarəetmə funksiyalarını yerinə yetirən hissəsində baş verir. Bu bölgə daxil olan siqnalları qiymətləndirərək onların təhlükəli və ya faydalı olub-olmadığını müəyyənləşdirir.

Tədqiqatın müəlliflərindən Sertaç Üstün isə qeyd edib ki, miqren yalnız baş ağrısı deyil, eyni zamanda duyğusal emal pozuntusu kimi də qiymətləndirilə bilər.

Digər tədqiqatçı İlkem Güzel vurğulayıb ki, aşağı səviyyəli vizual emal bölgələri birbaşa ağrı mərkəzləri ilə əlaqəli ola bilər. Bu da miqren xəstələrində tez-tez rast gəlinən işığa həssaslığın səbəbini izah etməyə kömək edir.

Qeyd edək k, miqrenin ən çox müşahidə olunan əlamətləri bunlardır:

- Şiddətli baş ağrısı

- İşığa və səsə qarşı həssaslıq

- Ürəkbulanma və qusma

- Görmə pozuntusu

- Başgicəllənmə

- Güclü yorğunluq hissi

Link kopyalandı!
Son xəbərlər