00:15
12°C
Bakı
Azərbaycanın şimal bölgəsində ölkənin ən bahalı göbələk növlərindən sayılan və el arasında "quzuqarnı" adlanan göbələyin yığım mövsümü başlayıb.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, hazırda bazarlarda bu göbələyin bir kiloqramı 50-80 manat arasında təklif olunur.
Satıcılar bildirirlər ki, builki məhsuldarlıq ötən illə müqayisədə az olduğu üçün qiymətlərdə artım müşahidə edilir.
"Keçən il məhsul bol olduğu üçün qiymət daha münasib idi. Bu göbələk həm mədə-bağırsaq sistemi üçün faydalıdır, həm də şəkər xəstəliyinin 1 nömrəli dərmanı hesab olunur. Kim bunu 3 dəfə yesə, 5-6 ay şəkər problemindən əziyyət çəkməz", - satıcılardan biri söyləyib.