Bizi sosial şəbəkələrdən izləyin:
Onkoloq Vladimir İvaşkov bildirib ki, bir çox insan alma yeyərkən geniş yayılmış səhvə yol verir.
Mütəxəssis bu barədə öz "Telegram" kanalında yazıb.
Həkimin sözlərinə görə, alma yalnız qabığı və yumşaq hissəsi ilə deyil, həm də adətən atılan özəyi və tumları ilə birlikdə yeyilməlidir. İvaşkov qeyd edib ki, araşdırmalar göstərir ki, almanın özəyində və tumlarında 100 milyona qədər faydalı bakteriya olur və bu, meyvənin yumşaq hissəsi ilə müqayisədə təxminən 10 dəfə çoxdur.
Onun sözlərinə görə, bu bakteriyalar canlı probiotiklər kimi fəaliyyət göstərərək bağırsaq mikrobiomunu dəstəkləyir, immun sistemini gücləndirir və orqanizmdə iltihabı azaltmağa kömək edir.
Bununla belə, həkim bəzi insanlara alma tumlarını yeməyi tövsiyə etmir. Belə ki, mədə-bağırsaq sistemi xəstəlikləri olan şəxslər və üç yaşdan kiçik uşaqlar almanı tumları ilə birlikdə yeməməlidirlər.
İvaşkov həmçinin alma tumlarının təhlükəli olması ilə bağlı yayılmış mifi də təkzib edib. O bildirib ki, tumların tərkibində olan amigdalin maddəsi bağırsaqda sianidə çevrilə bilər. Lakin zəhərlənmə üçün çox böyük miqdar lazımdır.
“Yetkin insanın zəhərli doza alması üçün təxminən 200 tumu birdəfəlik çeynəməsi lazımdır. Halbuki bir almada cəmi 5–8 tum olur”, – deyə həkim vurğulayıb. /Redaktor.az/