İstirahətsiz iş həyatı məhv edir: Rusiyalı psixoloqdan XƏBƏRDARLIQ
Sağlamlıq
99
08:38, Bu gün

İstirahətsiz iş həyatı məhv edir: Rusiyalı psixoloqdan XƏBƏRDARLIQ

"Çoxları istirahət etmədən işləməyin uğurun açarı olduğuna inanır. Lakin həddindən artıq işləmək orqanizmi sıradan çıxarır".
 
Bu fikirləri kp.ru-ya müsahibəsində rusiyalı psixoloq Dmitri Deulin səsləndirib.
 
"Həddindən artıq yüklənmə insanı o qədər yorur ki, 35-40 yaşına çatdıqda psixofizioloji aşınma başlayır. İnsanlar normal işləmək qabiliyyətlərini itirirlər.
 
Saxta məhsuldarlığın zərəri çox böyükdür: xroniki yorğunluq, peşəkar tükənmə, stres, psixosomatik pozuntular və çox vaxt alkoqolizmə meyil.
 
Bundan əlavə, həddindən artıq işgüzarlıq ailə münasibətlərinə də mənfi təsir göstərir: yaxınlarla münaqişələr, anlaşılmazlıqlar, nikahların pozulması və emosional təcrid halları artır", - deyə psixoloq bildirib.
 
Mütəxəssis bəzi hallarda işəgötürənlərin də insan sağlamlığına zərər vurduqlarını qeyd edib:
 
"Bir çox hallarda menecerlər yüksək işgüzarlığı əsas götürərək əməkdaşları həddindən artıq işlətməyə çalışırlar. İşəgötürənlər uzunmüddətli sağlamlıq nəticələrini nəzərə almadan, qısamüddətli mənfəəti üstün tuturlar". /Oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər