Satışda olan xurmalar: Əgər çox parlaq, yapışqandırsa...
Sağlamlıq
395
18:40, Bu gün

Satışda olan xurmalar: Əgər çox parlaq, yapışqandırsa...

Ramazan ayının əsas qidalarından sayılan xurma həm qida dəyəri, həm də enerji verməsi ilə iftar süfrələrinin ayrılmaz hissəsi olsa da, mütəxəssislər satışda qlükoza ilə işlənmiş xurmaların da geniş yayıldığını bildirirlər.
 
Əlavə qlükoza ilə örtülən xurmalar, adətən, normadan artıq parlaq, yapışqan və daha kiçik ölçüsü ilə seçilirlər.
 
Bu cür xurmaların tərkibindəki əlavə şəkər qanda qlükoza səviyyəsinin sürətlə artmasına səbəb ola bilər və bu, ürək-damar sistemi və metabolik sağlamlıq baxımından risk yaradır.
 
Yüksək şəkər qəbulu ilə bağlı bəzi araşdırmalarda mədəaltı vəzi xəstəliyi ilə əlaqələr də müzakirə olunur və orqanizmdə mövcud olan xərçəng hüceyrələrinin qidalanmasına təsir göstərə biləcəyi ehtimalı irəli sürülür.
 
Bununla yanaşı, mütəxəssis xurmanın özlüyündə faydalı qida olduğunu vurğulayır. Onun tərkibində bol kalium, selenyum və digər faydalı maddələr var ki, bu da ürək-damar sağlamlığını dəstəkləyir, enerji verir və uzunmüddətli aclıq hissini azaltmağa kömək edir. Xurma həm də müəyyən miqdarda lif və minerallarla zəngin olduğundan orqanizmin ümumi funksiyalarına müsbət təsir göstərir.
 
Üzərinə qlükoza çəkilmiş məhsul isə həm dadını dəyişir, həm də onun şəkər yükünü artırır. Nəticədə belə xurmalar daha gec həzm və qan şəkərində kəskin dalğalanmalara səbəb olur. Təbii xurmada olan şəkər isə orqanizm tərəfindən daha tədricən mənimsənilir və daha stabil enerji verir. (Yeni Sabah)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər