Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir
Sağlamlıq
274
08:10, Bu gün

Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir

Günə sağlam başlamaq istəsək də, səhər süfrəsində etdiyimiz bəzi seçimlər orqanizmə ciddi zərər verə bilər.
 
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tez-tez istehlak olunan bəzi məhsullar qaraciyər və böyrək sağlamlığı üçün risk yaradır.
 
Araşdırmalara görə, bu qidaların müntəzəm qəbulu təkcə artıq çəkiyə deyil, həm də müxtəlif xroniki xəstəliklərə səbəb ola bilər. Xüsusilə bəzi məhsulların xərçəng riskini artırdığı bildirilir.
 
Kolbasa, sosis, hisə verilmiş və duzlanmış ət məhsulları siyahının başında gəlir. Bu məhsulların rəngini qorumaq və saxlanma müddətini uzatmaq üçün istifadə edilən nitrit və nitratlar orqanizmə daxil olduqda kanserogen təsir göstərə bilər.
 
Bundan əlavə, bu cür məhsullar yüksək miqdarda duz ehtiva edir. Həddindən artıq duz qəbulu yüksək təzyiqə, ürək-damar problemlərinə və böyrəklərin yüklənməsinə səbəb olur. Tərkibindəki dad gücləndiriciləri və müxtəlif qatqı maddələri də maddələr mübadiləsinin təbii balansını poza bilər.
 
Bu məhsullardan da uzaq durun
 
Təhlükə yalnız emal olunmuş ətlərlə məhdudlaşmır. Səhər yeməyində tez-tez istifadə olunan digər məhsullar da risk yaradır:
 
Şəkərli səhər dənliləri - Qanda şəkərin sürətlə qalxıb-enməsinə səbəb olur, bu isə tez aclıq hissi yaradır və insulin balansını poza bilər.
 
Emal olunmuş meyvə şirələri - Lifdən məhrum olan bu içkilər yüksək şəkər tərkibinə görə "maye şəkər" hesab edilir və yağlı qaraciyər riskini artıra bilər.
 
Marqarin tərkibli məhsullar - Trans yağlar damarların daralmasına və ateroskleroz riskinin yüksəlməsinə səbəb ola bilər. /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər