Sidik rənginə görə hansı xəstəliklərin olduğunu necə bilmək olar?
Sağlamlıq
161
08:22, Bu gün

Sidik rənginə görə hansı xəstəliklərin olduğunu necə bilmək olar?

Sidiyin rənginə əsasən insanın sağlamlıq vəziyyətini qiymətləndirmək və bəzi xəstəliklərin əlamətlərini müəyyən etmək mümkündür.
 
Moderator.az bildirir ki, bu barədə uzunömürlülük üzrə mütəxəssis və həkim Devid Sespedes ABC nəşrinə müsahibəsində danışıb.
 
Mütəxəssis bununla bağlı bir sıra vacib məqamları açıqlayıb.
 
Devid Sespedes qeyd edib ki, sidiyin rəngi narıncıya çevrilərsə, bu, diqqət yetirilməli haldır. Onun sözlərinə görə, belə rəng öd kisəsi və qaraciyərlə bağlı problemlərdən xəbər verə bilər. Eyni zamanda, bəzi dərmanların qəbulu zamanı da sidiyin narıncı rəng alması mümkündür.
 
Həkim əlavə edib ki, qırmızı sidik rəngi də narahatlıq doğurmalıdır. Belə ki, sidiyə qan qarışdıqda bu rəng müşahidə oluna bilər. Bununla yanaşı, çuğundur kimi bəzi qidaların qəbulu da sidiyin qırmızı rəng almasına səbəb ola bilər.
 
Bundan başqa, sidik bəzən maviyə çalan və ya yaşıl rəngdə də ola bilər. Devid Sespedes bildirib ki, bu hal kalsium artıqlığı, müxtəlif qida əlavələri və ya dərman preparatlarının qəbulu ilə əlaqədar ola bilər.
 
Mütəxəssisin sözlərinə görə, sidiyin çox açıq rəngdə olması orqanizmdə artıq su qəbul edildiyini, tünd rəngdə olması isə susuzlaşmanı göstərə bilər. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər