Xərçəngin bu növünün müalicəsi tapıldı 
Sağlamlıq
927
16:34, Bu gün

Xərçəngin bu növünün müalicəsi tapıldı 

İspaniyanın Milli Xərçəng Araşdırmaları Mərkəzində (CNIO) aparılan tədqiqatda sağ qalma ehtimalı ən aşağı olan xərçəng növlərindən biri sayılan pankreas xərçənginin müalicəsi istiqamətində mühüm nəticələr əldə olunub.

Moderator.az xəbər verir ki, tədqiqat çərçivəsində alimlər laboratoriya siçanları üzərində apardıqları sınaqlarda “üçlü kombinasiya müalicəsi” tətbiq edərək pankreas şişlərini tamamilə məhv ediblər.  

Araşdırmaçılar bildiriblər ki, bu nəticələr “Pankreas Duktal Adenokarsinomu” diaqnozu qoyulan xəstələr üçün sağ qalma göstəricilərini artıra biləcək yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər.

Alimlərin sözlərinə görə, sınaqlarda istifadə olunan siçanlarda tətbiq edilən dərmanlara qarşı heç bir müqavimət müşahidə olunmayıb. Bu isə müalicənin effektivliyini daha da artıran mühüm amil kimi qiymətləndirilir.

Bununla yanaşı, tədqiqatın insan üzərində təsirlərinin müəyyən edilməsi üçün klinik sınaqların aparılmasının zəruri olduğu vurğulanır. CNIO-nun Eksperimental Onkologiya Qrupunun rəhbəri Mariano Barbacid açıqlamasında bildirib ki, hələlik bu üçlü müalicə ilə bağlı klinik mərhələyə keçmək üçün tezdir.

Qeyd edək ki, “üçlü kombinasiya müalicəsi” xərçəng hüceyrələrini eyni anda üç fərqli mexanizm vasitəsilə zəiflətmək məqsədilə üç ayrı dərmanın birlikdə tətbiq olunmasını nəzərdə tutur.

Araşdırmanın nəticələri nüfuzlu “Proceedings of the National Academy of Sciences (PNAS)” elmi jurnalında dərc edilib.

1466423

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər