Bakıda apteklərdə rəng dəyişdirən tibbi maskalar satılır.
Moderator.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, Fatimə Məmmədli adlı sosial şəbəkə istifadəçisinin iddiasına görə, aptekdən aldığı ağ rəngli tibbi maska istifadədən sonra qırmızı rəngə boyanıb. O, tibbi maskanın fotosunu paylaşaraq bu sözləri yazıb və həkimlərdən məsləhət istəyib:
“Salam qrup üzvləri və həkimlərimiz. Paylaşdığım şəkil aptekdən aldığımız maskadır. Bu gün taxmışıq, bu niyə qırmızıdır. Pomada deyil, üzümüz qırmızı olub, sanki qırmızı ruçka ilə üzümüzü yazıblar. Spirt ilə silirik, getmir. Deyin görək bu nədir”.

Paylaşıma tibb işçiləri tərəfindin fikir bildirilməsə də, əksər sosial şəbəkə istifadəçisi, tibbi maskaların keyfiyyətsiz materialdan hazırlandığını və birbaşa xəstəlik mənbəyi olduğunu iddia edib.
Paylaşıma, “Üz maskasının nəfəs aldığınız hissədə çəhrayı rəngə boyanması bir az qəribə görünə bilər, amma bunun bir neçə məntiqli izahı var. Əsas səbəblər bunlardır: Serratia Marcescens (Çəhrayı Bakteriya) Bu, ən geniş yayılmış səbəbdir. Serratia marcescens adlı bakteriya rütubətli və isti mühitləri çox sevir. Səbəb: Nəfəs aldığınız zaman maska isinir və nəmlənir. Bu, bakteriyanın artması üçün ideal şəraitdir. Nəticə: Bu bakteriya prodigiosin adlı çəhrayı/qırmızı piqment ifraz edir. Eyni rəngi bəzən hamam otağındakı kafel aralarında da görmək olar”, “İnternetdə axtarış etdim, yazılıb ki maskanın materialından ola bilər, yəqin ki keyfiyyətsiz materialdan hazırlanıb. Sadəcə atın, yenidən istifadə etməyin”, “Bu maskaların özü elə xəstəlikdir” kimi şərhlər yazılıb.
Hətta tibbi maskadan üzünə ləkə düşdüyünü belə, idda edənlər olub. “5 ildir maskanın yaratdığı ləkədən qurtula bilmirəm. Allah bəlalarını versin!!!”, “Mənim isə dodağımın qırağında ağ ləkə yarandı, 5 kurs malicə ilə keçmədi, həkimlər də bilmədi” - deyə bəzi şəxslər qeyd edib.
Qeyd edək ki, bu hal tibbi maska ilə bağlı ilk idda deyil. Koronavirus pandemiyası zamanı istifadəsi məcburi olandan sonra zaman-zaman tibbi maskanın keyfiyyəti ilə bağlı müxtəlif iddialar ortaya atılıb.
Zəhra