Gündə 2 banandan çox yeməyin - Gizli “şəkər zərbəsi”
Sağlamlıq
267
15:34, Bu gün

Gündə 2 banandan çox yeməyin - Gizli “şəkər zərbəsi”

Bir çox insan bananı ideal qəlyanaltı hesab edir və onu heç bir məhdudiyyət olmadan yeyir. Çünki düşünürlər ki, bu “sağlam şirniyyatdır”. Amma dietoloqlar getdikcə daha çox xəbərdarlıq edirlər: bu zərərsiz görünən dadın arxasında orqanizm üçün ciddi yük gizlənə bilər.
 
Moderator.az xəbər verir ki, xüsusilə arıqlamaq istəyən və ya şəkər səviyyəsinə nəzarət edən insanlar bananla ehtiyatlı olmalıdır. Bu meyvə, xüsusiyyətləri nəzərə alınmadıqda, gözlənilməz şəkildə mənfi təsir göstərə bilər.
 
Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, banan şəkəri ən yüksək olan meyvələrdən biridir. Orta ölçülü bir bananın tərkibində təxminən 14-16 qram şəkər olur.
 
Dietoloqlar izah edirlər ki, orqanizm banana demək olar ki, sürətli karbohidratlar kimi reaksiya verir. Şəkər tez sorulur və qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb olur. Bu zaman mədəaltı vəzi şəkəri sabitləşdirmək üçün daha çox insulin ifraz etməyə məcbur qalır. Əgər bu hal mütəmadi təkrarlanırsa, orqanizmə düşən yük artıq xroniki xarakter alır.
 
Sağlam insan üçün gündə iki banan təhlükəsiz norma hesab olunur. Amma bundan artıq miqdar “gizli şəkər zərbəsi” kimi təsir göstərə bilər. Xüsusilə insulin müqaviməti (insulinrezistentlik) olan insanlar daha diqqətli olmalıdır. Onların orqanizmi sürətli karbohidratlarla daha çətin mübarizə aparır.
 
Banan kalium və lif baxımından faydalıdır. Lakin bu üstünlüklər onun yüksək şəkər tərkibini tamamilə “ört-basdır etmir. Əgər bir nəfər ard-arda üç və ya dörd banan yeyərsə, qanda qlükoza səviyyəsi şirin bulka və ya xəmir yeməklərindən sonra olduğu kimi yüksələ bilər. Bu, glikemik araşdırmaların nəticələri ilə də təsdiqlənir.
 
Yetişmiş bananlar yetişməmiş bananlardan daha çox şəkər ehtiva edir. Meyvə nə qədər yumşaq olarsa, onun glikemik yükü bir o qədər yüksək olur. Bu səbəbdən çəkiyə nəzarət edən insanlar üçün bir az yaşıl, yəni tam yetişməmiş banan seçmək daha uyğundur. Çünki onlar qanda şəkəri daha yavaş artırır.
 
Bananı zülal və ya qoz-fındıqla birlikdə yeməyi tövsiyə edirlər. Bu, karbohidratların sorulmasını yavaşıtmağa kömək edir. Amma hətta belə “hiylələr” də gündəlik normanı ləğv etmir.
 
Mədəaltı vəzi yenə də şəkərə reaksiya verir. Bir çox insan təəccüblənir ki, “düzgün qidalanıram”, amma niyə arıqlaya bilmirəm. Bəzən səbəb məhz banan olur və bu, gizli problem kimi özünü göstərir. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər