Bizi sosial şəbəkələrdən izləyin:
Uzunömürlülük üzrə ekspertlər adətən uzun ömrün beş əsas dayağından danışırlar: yuxu, qidalanma, fiziki aktivlik, şüurluluq və ağız boşluğunun sağlamlığı.
Moderator.az xəbər verir ki, dişlərə və ağız boşluğuna diqqətlə qulluq edildiyi halda sağlamlığı qorumaq və daha uzun yaşamaq mümkündür.
Dişlərin vəziyyətinin arterial təzyiqə, xolesterin səviyyəsinə, demensiya (ağıl zəifləməsi), diabet və ürək xəstəlikləri riskinə təsir etdiyi bildirilir. Bundan əlavə, ağız boşluğunda yaşayan bakteriyalar artrit, pnevmoniya və bəzi xərçəng növləri kimi xəstəliklərlə əlaqəlidir.
Məsələn, ağız boşluğunda xroniki iltihabın ən çox rast gəlinən səbəbi olan P. gingivalis bakteriyası bağırsaqlara, beyinə, yuxu arteriyasına və digər orqanlara keçə bilər. /Lent.az/