Səhər qəhvəsi üçün ideal vaxt - MİF DAĞILDI
Sağlamlıq
245
09:05, Bu gün

Səhər qəhvəsi üçün ideal vaxt - MİF DAĞILDI

Səhərlər qəhvə içməzdən əvvəl bir saat gözləməyə ehtiyac yoxdur. İlk qəhvəni oyandıqdan 25-30 dəqiqə sonra içə bilərsiniz.
 
Bunu britaniyalı həkim Rob Qallouey deyib.
 
O izah edib ki, kortizol səviyyəsi oyandıqdan sonra ilk 30-60 dəqiqə ərzində yüksəlir, lakin müntəzəm olaraq qəhvə içən insanlarda kofeinə qarşı tolerantlıq inkişaf edir:
 
"Nəticədə içkinin təbii hormonal dəyişikliklərə demək olar ki, heç bir təsiri olmur".
 
Həkim bildirib ki, qəhvə üçün ideal vaxt yoxdur, çünki çox şey fərdi kofein həssaslığından və vərdişlərindən asılıdır. O, yuxudan sonrakı ilk saat ərzində qəhvəyə qoyulan ciddi qadağanın heç bir fizioloji əsası olmadığını vurğulayıb. (Publika.az)
 
Link kopyalandı!
Son xəbərlər