Yaşlılar üçün stresi azaltmağın yolu
Sağlamlıq
967
08:35, Bu gün

Yaşlılar üçün stresi azaltmağın yolu

Yuxuya getməzdən əvvəl yataq otağının temperaturunun 24°C civarında olması yaşlı adamlarda stresi azalda bilər.
 
Moderator.az xəbər verir ki, Qriffit Universitetinin tədqiqatçılarının gəldiyi bu nəticə "BMC Medicine" jurnalında dərc edilib.
 
Tədqiqatda 65 yaşdan yuxarı avstraliyalılar iştirak ediblər. Yay boyunca alimlər iştirakçıların yataq otaqlarındakı temperaturu sensorlar vasitəsilə, fizioloji göstəriciləri isə biləyə taxılan fitnes izləyiciləri ilə davamlı izləyiblər. Təhlillər nəticəsində məlum olub ki, gecə otaq temperaturu təxminən 24°C olduqda, yuxu zamanı stres reaksiyası daha aşağı olur.
 
Tədqiqatçılar bildiriblər ki, bədən həddindən artıq isinibsə, ürək dəriyə qan axınını artırmaq və orqanizmin soyumasını təmin etmək üçün daha çox işləməyə məcbur olur. Bu hal xüsusən də gecəboyu davam edərsə, bədənin tam şəkildə sağalmasına mane olur və fizioloji stres səviyyələrini artırır. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər