TƏBİB-dən Xətai rayonu üçün mühüm qərar
Sağlamlıq
1316
09 Jan 2026 | 14:23

TƏBİB-dən Xətai rayonu üçün mühüm qərar

TƏBİB-in tapşırığına əsasən Xətai rayonunda imtiyazlı xəstələrin dərman təminatını asanlaşdırmaq məqsədilə yeni mərkəzləşdirilmiş aptek fəaliyyətə başlayıb.


Moderator.az xəbər verir ki, vətəndaş məmnunluğunun artırılması və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə TƏBİB rəhbərliyinin tapşırığı əsasında Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.

Yeni aptek Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində yaradılıb. Aptekin fəaliyyətə başlaması, eyni zamanda 7 nömrəli Şəhər Poliklinikasının üzərindəki iş yükünün azaldılmasına xidmət edir.

Məlumata görə, aptek 38 nömrəli Şəhər PoliklinikasınınZığ Sağlamlıq Mərkəzinin qeydiyyatında olan imtiyazlı xəstələrin dərman təminatını həyata keçirəcək. Ümumilikdə, yeni aptek 3142 nəfər vətəndaşa tibbi xidmət göstərəcək. Onlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələridir.

Qeyd edək ki, indiyədək Xətai rayonu üzrə imtiyazlı xəstələr yalnız 7 nömrəli Şəhər Poliklinikasında yerləşən bir mərkəzləşdirilmiş aptekdən istifadə edirdi. Bu isə uzaq məsafə, növbələrin yaranması və aptekin həddindən artıq yüklənməsi kimi problemlərə səbəb olurdu. Yeni aptekin istifadəyə verilməsi bu çətinlikləri aradan qaldırmaqla yanaşı, sakinlər üçün böyük rahatlıq yaradacaq.

Onu da xatırladaq ki, analoji addım ötən ilin noyabr ayında Binəqədi rayonunda da atılıb, 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər