Sağlamlıq
1288
08 Jan 2026 | 16:00

"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ

Artan respirator infeksiya və qrip epidemiyaları fonunda yetərli sayda çarpayı ehtiyatı var.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, xəstəliyə yoluxan şəxslərin ilkin səhiyyə xidməti həkimlərin müşahidəsi altında olur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün TƏBİB tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur.
 
"Virusun simptomlarına hərarət, burun axıntısı və tutulması, boğaz ağrısı, öskürək, halsızlıq, baş ağrısı, bəzən isə ürəkbulanma, qusma aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə, mütləq həkimə müraciət olunmalıdır", - məlumatda qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər