Xərçəng kədərdən yaranır? - Araşdırma
Sağlamlıq
1694
06 Jan 2026 | 19:55

Xərçəng kədərdən yaranır? - Araşdırma

Alman psixosomatik tibbində tez-tez nəql edilən bir hadisə var: Həkim və xanımı güllə yarası alan oğullarını itirir. Bir neçə ay sonra hər ikisinə xərçəng diaqnozu qoyulur. Həkim eyni xəstəlikdən əziyyət çəkənlərlə danışanda görür ki, onların, demək olar, hamısı ən yaxın adamını itirib. Elm deyir ki, bu birbaşa səbəb deyil. Amma Frans Aleksandr (Franz Alexander) və stress nəzəriyyəsinin banisi Hans Selye bunu təsdiqləyir: uzunmüddətli, həll olunmamış psixoloji ağrı immun sistemini zəiflədir.

Moderator.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

“İnsan bədəni hər gün xərçəng hüceyrələri yaradır. Sağlam immunitet həmin hüceyrələri məhv edir. Dərin yas və xroniki stress isə bu nəzarəti sındıra bilər. Nəticədə xərçəng hüceyrələri kök atır…

Deməli, xərçəngin səbəbi kədər deyil. Kədər qapını aça bilən açardır. Ən təhlükəlisi isə “danışılmayan ağrı”dır. Ona görə də dərdinizi doğmalarınıza danışın. Danışmağa adam tapmayanda dağa, daşa, suya…danışın. Danışın və ağrılardan qismən azad olun…” - o bildirib.

 

(Axar.az)

Link kopyalandı!
Son xəbərlər