Bizi sosial şəbəkələrdən izləyin:
"Qışda papaqsız gəzinti baş ağrılarına və otitə səbəb ola bilər".
Moderator.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk xəstəxanasının həkim-oftalmoloqu İvan Zarubin bildirib.
Mütəxəssisin sözlərinə görə, papaq taxmadan gəzinti baş və boyun damarlarının spazmına səbəb ola bilər ki, bu da həssas insanlarda baş ağrısı, başgicəllənmə və ya arterial təzyiqin yüksəlməsi ilə nəticələnir.
Bundan əlavə, qulaq seyvanlarının kifayət qədər qorunmaması və onların həddindən artıq soyuması qulaq iltihabının (otit) yaranma riskini artırır. Zarubin vurğulayıb ki, soyuq özü-özlüyündə soyuqdəymə xəstəliklərinə səbəb olmur, lakin immun cavabı zəiflədir və viruslar üçün daha əlverişli şərait yaradır.