Bizi sosial şəbəkələrdən izləyin:
Norveçin Oslo Universitetinin alimləri kişilərin beyninin qadınlara nisbətən daha tez qocaldığını müəyyən ediblər.
Araşdırma çərçivəsində 4700-dən çox insanın MRT nəticələri təhlil olunub.
Məlum olub ki, kişilərdə beynin ümumi həcmi daha sürətlə azalır. Həmçinin yaddaş, hərəkət və hissiyyatla bağlı sahələrdə degenerasiya prosesi daha aktiv gedir. Bəzi beyin bölgələrində dəyişikliklərin sürəti qadınlarla müqayisədə demək olar ki, iki dəfə yüksəkdir.
Bununla yanaşı, Altsheymer xəstəliyinə daha çox qadınlarda rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu fərqin əsas səbəbi beynin qocalma sürətindən çox, hormonal amillərlə bağlıdır. (Axşam.az)