Vətəni Braziliya olan feyxoa bədənimiz üçün təbii dərman rolunu oynayır.
Moderator.az xəbər verir ki, ölkəmizdə feyxoanın yetişdirilməsi üçün çox yaxşı imkanlar var və bu meyvə demək olar ki, vitamin anbarı sayılır. Feyxoa həm immuniteti gücləndirir, həm də bir çox xəstəlikdən qorunmağa kömək edir.
Feyxoa tərkibindəki yodun miqdarına görə dəniz məhsulları ilə yarışır. Bu isə o deməkdir ki, zob xəstəliyindən qorunmaq üçün bu meyvə ən yaxşı seçimdir. Ürək dostu olan kaliumla zəngin olduğu üçün ürək əzələlərini möhkəmləndirir və qan təzyiqini normada saxlayır. Meyvənin qabığını da atmaq olmaz, çünki orada olan faydalı maddələr bədəni xərçəng kimi ağır xəstəliklərdən qoruyan güclü bir qalxan yaradır.
Mədə-bağırsaq problemi yaşayanlar və qəbizlikdən əziyyət çəkənlər üçün feyxoa əvəzsizdir. Həzmi asanlaşdırır və bağırsaqları rahatladır. Gündə cəmi bir neçə ədəd yeməklə həm yaddaşınızı gücləndirə, həm də qış aylarında soyuqdəymədən uzaq dura bilərsiniz. Həmçinin, yaraların tez sağalmasına kömək edir və dərini cavan saxlayır. Kişilər üçün də çox xeyirlidir, çünki prostat sağlamlığını qoruyur.
Qeyd edək ki, şəkər xəstəliyi və ya allergiyası olanlar bu meyvəni yeyərkən miqdarına diqqət etməlidir.
(Milli.az)