Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR - XƏBƏRDARLIQ
Sağlamlıq
301
08:46, Bu gün

Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR - XƏBƏRDARLIQ

Bəzi qidaların istehlakı bağırsaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər “Prevention” nəşrinə açıqlamasında orqanizmə zərər verən, eləcə də istifadəsi məhdudlaşdırılmalı və ya tamamilə uzaq durulmalı olan məhsullar barədə məlumat veriblər.

Ekspertlərin fikrincə, bağırsaqlara ən çox zərər verən məhsullar yüksək dərəcədə emal olunmuş qidalar və şəkərli, xüsusilə qazlı və energetik içkilərdir.

Tibb elmləri doktoru Pratima Dibba bildirir ki, emal olunmuş, xüsusən də turş tərkibli məhsullar bağırsağın selikli qişasını zədələyə bilər. Bu isə “sızan bağırsaq sindromu” adlanan vəziyyətə səbəb ola bilər.

Klivlend Klinikasının məlumatına görə, bu vəziyyət həzm sistemi xəstəliklərinin, autoimmun xəstəliklərin, metabolik pozğunluqların və digər problemlərin inkişafında rol oynaya bilər.

“Adi qazlı içkilər qida dəyəri olmayan “boş kalori” mənbəyidir. Tərkibində çoxlu əlavə şəkər olan məhsullar bağırsaqdakı faydalı bakteriyaların balansını pozur və zərərli bakteriyaların həddindən artıq çoxalmasına şərait yaradır”, - deyə Live It Up platformasında çalışan, magistr dərəcəli dietoloq-nutrisoloq Lena Bakoviç vurğulayıb.

“Infectious Medicine” jurnalında dərc olunan araşdırmaya görə, bu, ciddi problemdir və mikrobiom balansının pozulması 2-ci tip diabet, piylənmə, qeyri-alkoqollu qaraciyər xəstəliyi, kardiometabolik xəstəliklər, xərçəng, artrit, depressiya, yuxu pozğunluqları və hipertenziya ilə əlaqələndirilir.

Məqalədə qeyd olunur ki, məsələ təkcə şəkərli məhsullarla bitmir. Araşdırmalar süni dadlandırıcıların da bağırsaq sağlamlığına zərər verə biləcəyini göstərir.

Bundan əlavə, qazlı və energetik içkilərin tez-tez istifadəsi kifayət qədər su içilməməsi anlamına gələ bilər ki, bu da bağırsaq sağlamlığına mənfi təsir göstərir.

“Prevention” yazır ki, 2024-cü ildə “iScience” jurnalında dərc olunan tədqiqat kifayət qədər su qəbulunun qəbizlik kimi həzm problemlərinin qarşısını almaq, balanslı mikrobiomu və sağlam immun sistemini (onun mühüm hissəsi bağırsaqlarda yerləşir) qorumaq üçün vacib olduğunu ortaya qoyub.

Bağırsaq sağlamlığına zərər verən digər məhsullar

Dietoloqlar həmçinin aşağıdakı məhsulların da bağırsaq sağlamlığına mənfi təsir etdiyini bildiriblər:

konfetlər;

şirniyyat və bişmiş məmulatlar;

meyvə şirələri;

alkoqol;

acılı yeməklər;

həddindən artıq kofein qəbulu. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər