Ayaqlarımız niyə üşüyür? - Əsas səbəb AÇIQLANDI
Sağlamlıq
223
08:41, Bu gün

Ayaqlarımız niyə üşüyür? - Əsas səbəb AÇIQLANDI

"Ayaqların daim üşüməsinin əsas səbəbləri arasında hipotermiya, damarların aterosklerozu, maddələr mübadiləsinin pozulması və anemiya yer alır".
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı həkim Vera Larina Gazeta.ru-ya müsahibəsində danışıb.
 
Həkimin sözlərinə görə, ilk səbəb hipotermiyadır, yəni bədənin həddindən artıq soyuması. Bu zaman yüngül damar spazmları, immun müdafiənin zəifləməsi və yerli qan dövranının pozulması baş verə bilər. Belə hallar xüsusilə uzunmüddətli emosional stres, qeyri-kafi qidalanma, yuxu pozğunluqları və yanaşı xroniki xəstəlikləri olan insanlarda daha çox müşahidə olunur.
 
İkinci səbəb aşağı ətrafların damar aterosklerozudur. Bu xəstəlik zamanı arteriyaların daralması nəticəsində qan axını zəifləyir və ayaqlarda soyuqluq hissi yaranır.
 
Risk qrupuna ürək-damar xəstəlikləri olanlar, lipid mübadiləsi pozulmuş yaşlı insanlar və şəkərli diabet xəstələri daxildirlər. Vera Larina qeyd edib ki, şəkərli diabet zamanı qanda qlükoza səviyyəsinə nəzarət edilmədikdə ilk növbədə xırda damarlar - kapilyarlar zədələnir və bu da periferik toxumalara qan axınının azalmasına səbəb olur.
 
Həkimin sözlərinə görə, ayaqların üşüməsinin digər səbəbləri maddələr mübadiləsinin pozulması və anemiyadır. Endokrin sistemin bəzi xəstəlikləri metabolik proseslərin balansını poza, istilik mübadiləsinin və hüceyrələrə enerji ötürülməsinin zəifləməsinə gətirib çıxara bilər. Hemoqlobin səviyyəsinin azalması və toxumaların oksigen çatışmazlığı da soyuqluq hissini gücləndirən amillər sırasındadır. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər