On dəqiqə ərzində yuxuya getməyin yolu
Sağlamlıq
155
08:00, Bu gün

On dəqiqə ərzində yuxuya getməyin yolu

"On dəqiqə ərzində yuxuya getməyin ən yaxşı yolu cəhd etməməkdir, çünki yuxuya getmək özü passiv prosesdir".

Moderator.az xəbər verir ki, Rusiya mətbuatında Somnoloqlar Assosiasiyasının üzvü, yuxu təbabəti şöbəsinin həkimi Alyona Qavrilova 10 dəqiqə ərzində yuxuya getməyin ən yaxşı yolunu izah edib.

"Tez yuxuya getmək üçün gün ərzində yaxşıca yorulmaq lazımdır. Bu, stimullaşdırıcı maddələrsiz, tünd çay və qəhvəsiz həyata keçirilən sağlam fiziki fəaliyyətdən ibarət olmalıdır", - A.Qavrilova qeyd edib.

Bundan əlavə, yuxuya hazırlaşmaq vacibdir. Yatmazdan bir saat əvvəl xəbərlərə baxmaq və ya emosional müzakirələr aparmaq məsləhət deyil. Gəzintiyə çıxmaq və ya sadəcə vaxtı sakitcə keçirmək də tez yuxuya getməyə kömək edir", - somnoloq qeyd edib.

A.Qavrilova deyib ki, tez yuxuya getmək üçün müxtəlif üsullar (nəfəs alma, meditasiya, autogenik məşq) var, lakin onlar dərhal və tez "işləməyəcək".

"Əgər kimsə qəflətən yuxusuzluğa düçar olub hansısa texnikanı sınamaq qərarına gəlsə, çətin ki, bu, dərhal kömək etsin. Amma sistemli məşq etsəniz stresdən azad olacaqsınız. Yuxunuz da yaxşılaşacaq", - həkim fikrini yekunlaşdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər