Soyuqdəymə və qrip arasında fərqi necə müəyyən etmək olar?
Sağlamlıq
188
08:46, Bu gün

Soyuqdəymə və qrip arasında fərqi necə müəyyən etmək olar?

"Soyuqdəymə və qrip arasındakı əsas fərqlərdən biri simptomların inkişaf sürətidir".
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ispaniyalı həkim, pulmonoloq Maksimo Qomes danışıb.
 
Mütəxəssis qeyd edib ki, qrip kəskin şəkildə başlayır və yüksək hərarət, əzələ ağrıları, zəiflik, bəzən nəfəs almaqda çətinliklə müşayiət olunur. Soyuqdəymə isə tədricən inkişaf edir və daha çox boğaz ağrısı, burun tutulması və asqırma ilə müşahidə edilir.
 
Pulmonoloq əlavə edib ki, yüksək virus aktivliyi dövründə ağırlaşmalara ən həssas insanları - yaşlıları, xroniki xəstəliklərdən əziyyət çəkənləri və uşaqları qorumaq xüsusilə vacibdir.
 
"Sadə gündəlik tədbirlər yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Öskürmə və asqırma zamanı ağız və burnunuzu salfet və ya dəsmal ilə örtmək tərkibində virus olan damcıların yayılmasını azaldır. Simptomlar artdıqca tibbi maska taxmaq virus hissəciklərinin yayılmasının qarşısını alır və başqalarını infeksiyadan qoruyur", - deyə həkim bildirib.
 
O, həmçinin otaqları tez-tez ventilyasiya etməyi, mütəmadi olaraq əlləri yumağı və ya dezinfeksiyaedici vasitələrdən istifadə etməyi, özünü pis hiss etdikdə isə evdə qalmağı tövsiyə edib.
 
Qomes qeyd edib ki, həm qrip, həm də soyuqdəymə virusları insanlara simptomlar görünməzdən əvvəl də yoluxa bilər. Qış fəslində aşağı temperatur, zəif havalandırma və insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi infeksiyaların yayılmasını daha da asanlaşdırır. Yoluxmalar əsasən evdə, işdə, məktəblərdə və ictimai nəqliyyatda baş verir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər