Kütləvi yayılan xəstəliklə bağlı - RƏSMİ AÇIQLAMA
Sağlamlıq
43
15:21, Bu gün

Kütləvi yayılan xəstəliklə bağlı - RƏSMİ AÇIQLAMA

"Hazırda insanlar arasında hərarətin yüksəlməsi, ümumi zəiflik, boğazda ağrı, öskürək, burnun tutulması və ya axması, bəlğəm ifrazı kimi əlamətlərlə müşahidə olunan xəstəlik halları kəskin respirator virus infeksiyaları (KRVİ) ilə əlaqədardır".​
 
Moderator.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
 
İnfeksionist bildirib ki, qrip və KRVİ-dən qorunmaq məqsədilə görülən qeyri-spesifik tədbirlər hava-damcı üsulu ilə yayılan infeksiyalar üçün eynidir.
 
“Bu da respirator və əl gigiyenası qaydalarına əməl olunmağı ehtiva edir. Əhali bu barədə kifayət qədər məlumatlandırılıb. Bundan başqa ölkədə qripə qarşı vaksinasiya aparılır ki, bu da birinci növbədə infeksiyaya həssas insanların qorunması üçün vacibdir”, - T. Eyvazov vurğulayıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər