Durov sağlam qalmağın sirrini açıqladı
Sağlamlıq
90
08:51, Bu gün

Durov sağlam qalmağın sirrini açıqladı

"Telegram"ın təsisçisi Pavel Durov sağlamlığı qorumağın yollarını şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Durovun Kodu" portalı məlumat yayıb.
 
Durov sağlamlığı qorumağa kömək edən əsas prinsipləri təqdim edib: ən azı səkkiz saat dərin yuxu, rasional qidalanma, müntəzəm fiziki fəallıq, stresi minimuma endirmək, habelə alkoqollu içkilərdən, siqaretdən və dərmanlardan imtina etmək.
 
"Telegram"ın yaradıcısı sosial şəbəkələrdə həm də fəal həyat tərzi ilə tanınır. O, müsahibələrində bildirib ki, həftədə 5-6 dəfə məşq edir, hər səhər 300 dəfə əyilib-qalxma hərəkəti edir.
Link kopyalandı!
Son xəbərlər