Bizi sosial şəbəkələrdən izləyin:
Bu aralar uşaqlar arasında kütləvi şəkildə suçiçəyi xəstəliyinin yayıldığı ilə bağlı iddialar dolaşır.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir:
"Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır. Ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə olunur.
Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır". /Lent.az/